Xəbər lenti

Cəmil Məmmədlinin məhkəməsinin vaxtı bəlli oldu
Ölkə 17:49 16.05.2024

Cəmil Məmmədlinin məhkəməsinin vaxtı bəlli oldu

Jurnalist Cəmil Məmmədlinin barəsindəki hökmdən verilən apellyasiya şikayətinə mayın 29-da baxılacaq. 

Bu barədə məlumatı Qaynarinfo-ya jurnalistin vəkili Fariz Namazov verib. 

Onun sözlərinə görə, işə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Ruhiyyə Əsgərovanın sədrliyi ilə baxılacaq. 

Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 12 gün müddətinə azadlıqdan məhrum edilib. O, Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 221.2.2-ci (xuliqanlıq) maddələri ilə təqsirli bilinib. 

Jurnalistə ittiham olunduğu 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) maddələr üzrə bəraət verilib. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->