Xəbər lenti

Cəmil Məmmədlinin məhkəməsi baş tutmadı
Ölkə 18:30 08.02.2024

Cəmil Məmmədlinin məhkəməsi baş tutmadı

Jurnalist Cəmil Məmmədlinin məhkəməsi baş tutmayıb.

Qaynarinfo xəbər verir ki, səbəb jurnalistin prosesə gətirilməməsi olub. 

Hakim Fəhmin Hümbətov bunu konvoy çatışmazlığı əlaqələndirib və prosesin onlayn şəkildə keçiriləcəyini bildirib. 

Cəmil Məmmədli də onlayn qaydada prosesə qoşulub. Lakin o məhkəmənin bu şəkildə keçirilməsini istəməyib və hakimdən prosesi təxirə salmağı xahiş edib. 

"Burdan danışılanları eşidə bilmirəm. Ona görə də prosesin onlayn keçirilməsini istəmirəm. Xahiş edirəm ki, iclası təxirə salasınız”, deyə jurnalist bildirib.

Bundan sonra hakim prosesi fevralın 29-na təxirə salıb.

Cəmil Məmmədli Cinayət Məcəlləsinin Cinayət Məcəlləsinin 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 182.2.1 (hədə-qorxu ilə tələb etmə - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 182.2.2 (təkrar hədə-qorxu ilə tələb etmə) və 221.2.2-ci ( xuliqanlıq) maddələri ilə ittiham olunur.

Jurnalist özünü təqsirli saymır və ittihamların qondarma olduğunu bildirir.

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->