Jurnalist Cəmil Məmmədli barəsində ki, hökmdən apellyasiya şikayəti verilib.
Bu barədə Qaynarinfo-ya Cəmil Məmmədlinin vəkili Fariz Namazlı bildirib.
Onun sözlərinə görə, apellyasiya şikayətində jurnalistin təqsirli bilindiyi Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi üzrə bəraət verilməsi, 221.2.2-ci (Xuliqanlıq) maddədə isə əməlin 128-ci maddəyə tövsif edilməsi barədə qərar qəbul olunması istənilir.
Məlumat üçün deyək ki, Cəmil Məmmədli Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 il 2 ay müddətinə azadlıqdan məhrum edilib. Jurnalist ona qarşı irəli sürülən ittihamların qondarma olduğunu deyir.
Seyid
Şərhlər