Xəbər lenti

Çeçen milyarderin oğlu Moskvada DİN-in polkovnikini döydü (VİDEO)
Dünya 12:40 29.07.2024

Çeçen milyarderin oğlu Moskvada DİN-in polkovnikini döydü (VİDEO)

Moskvada çeçen milyarder Musa Bajayevin 23 yaşlı oğlu Timur Rusiya paytaxtının Daxili İşlər İdarəsinin ictimai asayişin qorunması şöbəsinin rəisi, polkovnik Aleksandr Maxonini döyüb.

Qaynarinfo xəbər verir ki, olayın videosu bir gün əvvəl, iyulun 28-də Kreml yönümlü Telegram kanalları tərəfindən yayımlanıb.

Məlumata görə, münaqişəyə səbəb kiçik Bajayevin "Xidmət qapısı”ndan "Lujniki” idman kompleksinin ərazisinə daxil olmaq cəhdi olub.

"Kompleks Leonid Aqutinin konsertinə hazırlaşırdı (70.000-dən çox tamaşaçı), təhlükəsizlik rejimi gücləndirildi. Maxonin Bajaevi buraxmadı və yoxlama ilə adi girişdən keçməyi təklif etdi. Cavab olaraq kiçik Bajaev hasarın üstündən keçərək polis polkovnikini sifətinə vurub və saxlanılıb”, - məlumatda deyilir.

Nəticədə milyarderin oğluna qarşı cinayət işi açılıb, lakin Rusiya təhlükəsizlik qüvvələrinin onun "istintaqında” nə qədər irəli getməyə qərar verəcəyi sualı açıq qalır.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->