Əməkdar artist Firuzə İbadova mərhum duet ortağı Cavanşir Məmmədovla bağlı açıqlama verib.
Axşam.az xəbər verir ki, müğənni "Astar" yutub kanalında ifaçıya həsr edilən verilişdə yer alıb. O, C.Məmmədovun qızı Xatirənin keçmiş həyat yoldaşı, Türkiyə vətəndaşı Kemal Mustafa İbli ilə aralarında yaşanan qalmaqaldan danışıb:
"Onun ürəyində 4 stend var idi. Ona böhtən atdılar, böyük şantajlar oldu. Çox böyük şantaj etdilər. Elə bir şey yox idi. Allah lənət eləsin, o insanlar cavab verəcəklər. Dünyamı dəyişmədən əvvəl həmin insanların etdiklərinin qarşılığını almasını görmək istəyirəm. Cavanşir Məmmədovun evində deyilən şayiələr kimi şeylər olmayıb. Elə bil səhnə qurdular, öyrətdilər ki, belə edək, puldan vaz keçsin. Lazımsız bir şey idi. Kaş Cavanşir Məmmədov qatılmayaydı söhbətə. Bizi övladımızla vurmaq istəyən insanlar var. Gərək getməyəydi həmin verilişlərə. Sanki onun ölümünü istədilər.
Nə qədər dünyada varamsa, əziz dostumu müdafiə edəcəyəm. Cavanşir Məmmədovun yoldaşı dünyanın ən gözəl xanımıdır. Hər iki övladı universitet bitirib. Elə insanlarda o deyilənlər olardımı? Heç vaxt".
Qeyd edək ki, Türkiyə vətəndaşı Kemal Mustafa İbli Lalə Azərtaşın verilişinə çıxaraq yardım istəyib. Mustafa aparıcıdan müğənni tərəfdən ona şər atıldığını deyərək, yardım istəyib. Mustafa İblinin Cavanşir Məmmədovdan 13 000 manat və 126 500 dollar aldığı və geri qaytarmadığı iddia olunub. M. İbli barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Dələduzluq-külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. Mustafa təqsirli bilinərək 6 il 6 ay azadlıqdan məhrum edilib.
C.Məmmədov bu ilin aprelində qəfil ürəktutmadan dünyasını dəyişib.
Şərhlər