Xəbər lenti

Dünya 18:54 02.04.2023

"Bunlar etnik təmizləmədir" - Monqolustanın sabiq prezidenti

Rusiya cəbhədə milli azlıqlardan "yem" kimi istifadə edir, etnik ruslara isə daha çox "yazığı gəlir". 

Qaynarinfo xəbər verir ki, bunu "Kanal 24"ə müsahibəsində Monqolustanın keçmiş prezidenti Saxiaqiyn Elbeqdorj deyib.

O qeyd edib ki, ötən ilin payızında həyata keçirilən "qismən səfərbərlik” ilk növbədə milli azlıqların yaşadığı bölgələrə təsir edib, Moskva və Sankt-Peterburq kimi Rusiyanın böyük şəhərlərinən səfərbərlik praktiki olaraq yan keçib.

"Uzaq bölgələrdə bu səfərbərlik məcburi idi, heç kim heç kimdən soruşmurdu, "sadəcə getməlisən" deyilirdi. Bu ucqar bölgələrin hamısı çox kasıbdır, onlar ərlərini və oğullarını Ukraynaya müharibəyə göndərməyə məcburdur", deyə Elbeqdorj bildirib.

Monqolustanın keçmiş lideri qeyd edib ki, Ukraynada öldürülən rus əsgərlərinin əksəriyyəti buryatlar, tuvanlar və kalmıklardır:

"Etnik mənsubiyyətinə görə onlar monqoldurlar və bunu etməyə məcbur olublar, onları bu müharibəyə sövq edirlər. Bəzi kiçik şəhərlərdə artıq əsgərlik yaşında olan kişilər yoxdur. Ukraynada Kreml ukraynalıları öldürür, Rusiyada isə milli azlıqları məhv edir. Bunlar adi etnik təmizləmədir, müharibə cinayətidir".

Qeyd edək ki, Ukrayna Baş Qərargahının məlumatına görə, bu gün səhər saatlarınadək müharibədə Rusiya itkilərinin ümumi sayı təxminən 174 min nəfər olub. Təkcə son 24 saat ərzində 500-ə yaxın rusiyalı məhv edilib.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->