Şahzadə Uilyam və Keyt Middleton Meqan Markl və şahzadə Harrini Böyük Britaniyaya dəvət ediblər.
Qaynarinfo xəbər verir ki, bu barədə "Mirror" məlumat
yayıb.
Bildirilir ki, Uilyam və Middleton cütlüyü Müqan və Harri ilə münasibətlərini yaxşılaşdırmağa çalışıblar. Onlar Susseks hersoqlarını övladları - oğlu Arçi və qızı Lilibet ilə görüşmək, ünsiyyət qurmaq üçün Böyük Britaniyaya dəvət ediblər. Bununla belə, şahzadə Harri və Meqan Marklın bu təklifdən imtina etdiyi bildirilir.
"Meqan uşaqlarını Böyük Britaniyaya gətirə bilməyəcək. Uilyam və Keyty Meqan və Hirri ilə barışmaq üçün oğulları və qızları ilə birlikdə səfərə dəvət ediblər. Lakin bu təklif indiyə qədər heç bir nəticə verməyib", deyə kral eksperti Tom Quinn bildirib.
Martın 22-də Keyt Middleton bildirib ki, o, hazırda profilaktik kimyaterapiya kursunun ilkin mərhələlərini keçir. O, xərçəngin qarın boşluğunda əməliyyatdan sonra aparılan müayinələr zamanı aşkar edildiyini bildirib.
Aydın
Şərhlər