Xəbər lenti

Bir əlində qələm, birində bıçaq... - Həkim yazıçılar
Sənət 17:19 23.10.2021

Bir əlində qələm, birində bıçaq... - Həkim yazıçılar

Qaynarinfo kulis.az-a istinadən peşəsi həkim olan məşhur yazıçıların siyahısını təqdim edir.

Fridrix Şiller – alman şairi və dramaturqu. Şiller hərbi feldşer ailəsində dünyaya gəlmişdi. Biliyi ilə Vürtenberq hersoqunun diqqətini çəkən Şiller hərbi akademiyaya daxil olmaq imkanı əldə edir, burda əvvəlcə hüquqşünaslıq, sonra tibb üzrə təhsil alır. Şiller akademiyanı bitirdikdən sonra hərbi alay həkimi kimi fəaliyyət göstərir.



Anton Pavloviç Çexov – rus yazıçısı. Moskva Tibb Universitetini bitirib, əyalət həkimi işləyib.



Mixail Bulqakov – rus yazıçısı, "Master və Marqarita”nın müəllifi. Gimnaziyanı bitirdikdən sonra Kiyev Tibb Universitetində təhsilini davam etdirib. Birinci Dünya Müharibəsində hərbi həkim kimi çalışıb.



Fransua Rable – Nostradamusun oxuduğu Monpelye Universitetində tibb fakültəsində oxuyub. Rable tibb elmi ilə bağlı araşdırmalar, məqalələr yazıb. Məşhur "Qarqantua və Pantaqruel” əsərinin müəllifidir.



Stanislav Lem – polyak yazıçısı, Nobel mükafatçısı. İkinci Dünya Müharibəsi başlayanda Lvov Tibb Universitetində təhsil alıb.



Kobo Abe – yapon yazıçısı. Tokio Universitetində təhsil alıb, lakin buraxılış imtahanlarını uğurla başa vura bilməyib.



Konan Doyl – ingilis yazıçısı. Hərbi həkim olub. Doylun özündən də məşhur qəhrəmanı Şerlok Holmsun prototipi də yazıçının həkim dostu idi.



Lui-Ferdinand Selin - ixtisasca həkim olan məşhur fransız yazıçısı Selin 1894-cü ildə doğulub. Selinin uşaqlığı haqqında çox az məlumat var. Yazıçının debüt romanı 1932-ci ildə dərc olunub. Dörd il sonra nəşr etdirdiyi "Ölüm və kredit” romanı yazıçıya dünya şöhrətli gətirib. II Dünya müharibəsindən sonra yazıçı işğalçılarla əməkdaşlıqda ittiham olunub və bu səbəbdən Almaniyaya, ardınca Danimarkaya mühacirət etmək məcburiyyətində qalıb.



Somerest Moem – ingilis yazıçısı. London Tibb Universitetini bitirib. Ancaq peşəsi üzrə işləməyib.



Xalid Hüseyni - əfqan əsilli Amerika yazıçısı. 1988-ci ildə məzun olan Xalid Hüseyni həmin il Kaliforniya Universitetinin tibb fakültəsinə daxil olur. Xalid Hüseyni həkimlik peşəsinə "Çərpələng uçuran” romanını yazandan il yarım sonraya qədər davam etdirib.



Abbas Səhhət: Şair-tərcüməçi. Tehran Universitetinin tibb fakültəsini bitirmişdir. Bir müddət Şamaxıda həkim işləyib.



Nəriman Nərimanov – ictimai-siyasi xadim, yazıçı, publisist. 1890-cı ildə Qori seminariyasında təhsil aldıqdan sonra, 1908-ci ildə Novorossiysk (Odessa) Universitetinin tibb fakültəsini bitirib. Xalq arasında Doktor Nəriman kimi tanınan yazıçı təkcə həkimlik etməklə qalmayıb, həm də müxtəlif xəstəliklər haqqında maarifçi broşürlər da yazıb.
 


Rafiq Tağı – Azərbaycan yazıçısı. 1972-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsini bitirib. 1981-1983-cü illərdə Moskva Tibb İnstitutunun daxili xəstəliklər üzrə klinik ordinaturasında təhsil alıb. Azərbaycanın bir çox rayonlarında baş həkim, eləcə də Moskvada sahə terapevti kimi işləyib. Ölümünə qədər Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında həkim işləyib.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->