Xəbər lenti

Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldı
Ölkə 14:57 14.05.2024

Bakıda sürət yarışı keçirən sürücülər cəzalandırıldı

Bakıda sürət yarışı keçirən avtomobillərin sürücülərinə hökm oxunub. 

Qaynarinfo-nun məlumatına görə, sürət yarışı keçirənlər 1990-cu ildə Beyləqan rayonu, Çəmənli kəndində anadan olmuş Cəfər (şərti ad) və 2007-ci ildə Bakı şəhərində anadan olmuş Teymur (şərti ad) adlı şəxslərdir. 

Onlar "Mercedes Benz E220 CDİ" və "Mercedes Benz E200" markalı avtomobillərlə Mərdəkan qəsəbəsi istiqamətində sürət yarışı keçiriblər. Sürət həddinin aşılması "Mercedes Benz E220 CDİ" markalı avtomobillin sürücüsü tərəfindən çəkilmiş video görüntü ilə müəyyən edilib. Hər iki avtomobilin sürəti 160 km/saat olub. 

Sürücülər Suraxanı rayon DYPŞ-də törətdikləri əməli etiraf ediblər. Onların barəsində İnzibati Xətalar Məcəlləsinin 511.3-cü maddələri ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 

Məhkəmənin qərarı ilə hər iki sürücünün nəqliyyat vasitəsini idarə etmək hüququ 2 il müddətinə məhdudlaşdırılıb. "Mercedes Benz E200"ün sürücüsü 2500 manat, "Mercedes Benz E220 CDİ"nin sürücüsü 2000 manat cərimələnib. 

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->