Xəbər lenti

Azərbaycanlı voleybolçu kritik vəziyyətdə Bakıya gətirildi - Əməliyyat edildi
İdman 15:30 01.12.2023

Azərbaycanlı voleybolçu kritik vəziyyətdə Bakıya gətirildi - Əməliyyat edildi

Azərbaycan millisinin və "Xarı Bülbül” (Şuşa) klubunun voleybolçusu Tural Həsənli əməliyyat olunub.

Qaynarinfo xəbər verir ki, bu barədə klub rəsmi feysbuk hesabında paylaşım edib.

33 yaşlı oyunçunun "Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya yerləşdirilib. Daxili qanaxması olan voleybolçunun bağırsağından ağır əməliyyat keçirdiyi vurğulanıb. Hazırda onun durumunun qənaətbəxş olduğu bildirilib.

Qeyd edək ki, "Xarı Bülbül” "Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.





Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->