Xəbər lenti

Azərbaycanda bir milyon manat borcu olan iş adamı özünə qəsd etdi
Ölkə 11:05 09.03.2024

Azərbaycanda bir milyon manat borcu olan iş adamı özünə qəsd etdi

Saatlıda güllələnmə hadisəsi baş verib.

"Qafqazinfo" xəbər verir ki, rayonun Məzrəli kənd sakini, 1987-ci il təvəllüdlü Telman Ehtiram oğlu Mehtiyev özünü yaşadığı evin qarşısında güllələyib. Ağır xəsarət alan şəxs Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, vəfat edib.

Bildirilir ki, T.Mehtiyev Bakıda ticarətlə məşğul olurmuş və işləri ilə əlaqədar 1 milyon manata yaxın borcu formalaşıb. Bir neçə gün əvvəl pul sahibləri onun ardınca Saatlı rayonuna gediblər, həmçinin barəsində polisə şikayət edilib.

Araşdırmalar davam etdirilir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->