Xəbər lenti

Azərbaycanda alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı (SƏBƏB)
Ölkə 09:09 22.05.2024

Azərbaycanda alimin elmi dərəcəsi 11 ildən sonra geri alındı (SƏBƏB)

Prezident yanında Ali Attestasiya Komissiyası Aynur Vaqif qızı Quliyevanın filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsini və dosent elmi adını geri alıb.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə Komissiyanın Rəyasət Heyəti qərar qəbul edib.

Qərarın verilməsinə səbəb isə A.Quliyevanın dissertasiya işində aşkar olunmuş elmi plagiat faktının 11 ildən sonra üzə çıxması olub.

Ali Attestasiya Komissiyası tərəfindən A.Quliyevaya filologiya elmləri üzrə verilmiş FD seriyalı, 08389 nömrəli 29 oktyabr 2013-cü il tarixli fəlsəfə doktoru diplomu və filologiya elmləri sahəsinin 5718.01 –"Dünya ədəbiyyatı (ispan ədəbiyyatı) ixtisası üzrə verilmiş DS seriyalı, 08220 nömrəli 13 may 2022-ci il tarixli dosent attestatı etibarsız sayılıb.

Xatırladaq ki, plagiatlığı aşkar edilən dissertasiya işi müəllifin "Qabriel Qarsia Markesin yaradıcılığında fantastik realizmin xüsusiyyətləri ("Yüz ilin tənhalığı” romanı əsasında)” mövzusunda hazırladığı material olub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->