Xəbər lenti

İdman 11:46 20.08.2023

"Azərbaycana həmişə minnətdar olacağam" - Polina Rəhimova

"Hamınızın bildiyi kimi mən Azərbaycan təmsilçisiyəm. Əldə etdiklərimə görə bu ölkəyə həmişə minnətdar olacağam".

Qaynarinfo xəbər verir ki, bunu Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova şəxsi "Facebook" hesabında yazıb.

32 yaşlı idmançı izləyicilərini Ukrayna xalqına dəstək olmağa çağırıb: "Müharibə hamını birləşdirdi və kimin əsl insan olduğunu, xalqına kömək etdiyini göstərdi. Çox şadam ki, bu illər ərzində həmin vətənpərvər insanlarla əlaqəni kəsməmişəm".

Rəhimova ötən dönəmdə çox insanın onu dəstəklədiyini vurğulayıb: "Hazırda tək tanıdıqlarımıza deyil, çətinliyə düşən digər insanlara da kömək etmək vaxtıdır. Mübaribənin tezliklə bitməsini arzulayıram".

Qeyd edək ki, Polina Rəhimova 2007 - 2020-ci illərdə Azərbaycan yığmasının şərəfini qoruyub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->