Azərbaycan Premyer Liqasında çıxış edən ən bahalı futbolçular müəyyənləşib.
Qaynarinfo "Transfermarkt"ın qiymətləndirməsinə istinadən xəbər verir ki, ölkə çempionatında dəyəri 700 min avrodan yüksək olan futbolçuların sayı 16 nəfərdir. Bunlardan 7-si "Qarabağ"da, 4-ü "Neftçi"də, 3-ü "Sabah"da, 2-si isə "Zirə"də çıxış edir.
Çempionatımızın ən dəyərli futbolçusu Emin Mahmudovdur. "Transfermarkt" millimizin üzvünə 1,4 milyon avro qiymət qoyub. "Qarabağ"dan Kadi Borgesin isə dəyəri 1,2 milyon avrodur.
Emin Mahmudov (Neftçi) - 1.400.000 avro
Kadi Borges (Qarabağ) - 1.200.000 avro
Abdullah Zubir (Qarabağ) - 800.000 avro
Qara Qarayev (Qarabağ) - 800.000 avro
Ramil Şeydayev (Qarabağ) - 800.000 avro
Şahrudin Məhəmmədəliyev (Qarabağ) - 800.000 avro
Yusuf Laval (Neftçi) - 800.000 avro
Ovusu Kvabena (Qarabağ) - 750.000 avro
Aleksey İsayev (Sabah) - 700.000 avro
Aleksey Kaşuk (Sabah) - 700.000 avro
Coy-Lens Mikels (Sabah) - 700.000 avro
Hamidu Keyta (Zirə) - 700.000 avro
Kenni Sayef (Neftçi) - 700.000 avro
Kevin Medina (Qarabağ) - 700.000 avro
Rəhim Sadıxov (Zirə) - 700.000 avro
Solomon Kvirkveliya (Neftçi) - 700.000 avro
Aydın
Şərhlər