Rumıniya nümayəndə heyətinin rəhbəri Yuliana Marçuk bildirib ki, "Avroviziya"nın təşkilatçıları rumıniyalı münsiflər heyətinin mahnı müsabiqəsinin iştirakçılarına verdiyi balları dəyişərək, ən yüksək balı Moldovaya deyil, Ukraynaya veriblər.
Qaynarinfo "RİA Novosti"nin TVR kanalına istinadən verdiyi məlumata əsasən xəbər verir ki, Marçuk nəticələrin hesablanması zamanı Rumıniya münsiflər heyətinin səsinin nəzərə alınmadığını
vurğulayıb.
"Təşkilatçılar ölkəmizin münsiflər heyəti adından fərqli xallardan istifadə ediblər", - o deyib. Marçukun sözlərinə görə, Rumıniyadan olan münsiflər heyəti Moldova təmsilçilərinə maksimum balı verib, lakin təşkilatçılar tərəfindən edilən dəyişikliklərdən sonra Moldova Rumıniyadan heç bir xal almayıb.
Telekanal aydınlaşdırır ki, səsvermə elan olunmazdan əvvəl Avropa Yayım Birliyi altı ölkənin münsiflər heyətini "səhv səsvermə sxemi” əsasında müsabiqədən kənarlaşdırıb, lakin bu ölkələrin adlarını açıqlamayıb. Rumıniya münsiflər heyətinin səsvermə nəticələri açıqlanarkən ölkə təmsilçisi Eda Markus ekrana çıxmayıb və bu barədə Türin təmsilçisi "Avroviziya" Mahnı Müsabiqəsinin nümayəndəsi məlumat verib.
Eyni zamanda, Gürcüstanın İctimai Yayımçısı rəsmi açıqlama yayıb ki, müsabiqənin milli münsiflər heyəti müsabiqənin finalında elan olunduğu kimi Böyük Britaniyaya deyil, ən yüksək 12 balı Ukraynaya verib. MK yazır ki, təşkilatçılara bu barədə notarial qaydada təsdiq edilmiş sənəd göndərilib. Eyni vəziyyət Azərbaycanda da baş verib: münsiflər heyətinin nəticəsini "texniki səbəblərə görə” Avropa Yayım Birliyinin nümayəndəsi elan edib və bu nəticə, ölkə nümayəndələrinin fikrincə, reallığa uyğun gəlməyib: Azərbaycan da Böyük Britaniyaya deyil, Ukraynaya 12 xal verib.
Bundan əlavə, Ukraynanın münsiflər heyətinin üzvü Polşaya 10 bal verdiklərini, lakin yekun protokolda bunu görmədikləriylə bağlı narazılığını ifadə edib.
Xatırladaq ki, Ukraynanın "Kalush Orchestra” hip-hop qrupu Stefania ("Stefaniya”) mahnısı ilə bazar günü gecə İtaliyanın Türin şəhərində finalı keçirilən 66-cı beynəlxalq "Avroviziya" mahnı müsabiqəsinin qalibi olub. Münsiflər heyəti və tamaşaçılar tərəfindən səsvermə nəticəsində musiqiçilər ümumilikdə 631 xal toplayıb, böyük fərqlə ikinciliyi əldə edən Britaniyanı qabaqlayıb: Sem Rayder "Space man” mahnısı ilə 466 xal toplayıb.
Alpər
Şərhlər