"Avropa ölkələrində olan diplomatik nümayəndələrimiz və Xarici İşlər Nazirliyi məsələnin mahiyyətilə bağlı avropalı parlamentarilərlə iş aparmalıdır. Azərbaycan nümayəndələri Laçın-Xankəndi yolu anlayışının nə olduğu, nə zaman yarandığı, tərəflərin hansı öhdəliklərinin pozulması ilə vəziyyət bu həddə çatdığını başa salmalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Avropa Parlamentinin yanvarın 18-də "Dağlıq Qarabağın blokadasının humanitar nəticələri" mövzusunda debat-müzakirələr keçirəcəyi və bu istiqamətdə qətnamə qəbul etməsi ehtimalından danışarkən deyib.
Poltoloq bildirib ki, Laçın-Xankəndi yolu 10 noyabr üçtərəfli razılıq əsasında müəyyənləşdirilmiş yoldur:
"Digər tərəfdən, yolun bağlanmasının əsas səbəbi erməni tərəfinin qanunsuz olaraq Azərbaycanın təbii sərvətlərini talamaqla ölkədən çıxarılması məsələsidir. Bu fonda həm Azərbaycanın sərvətləri talanır, həm də ekologiyaya ciddi zərər vurulur. Azərbaycanın keçirdiyi aksiyanın başlıca tələbi də məhz bununla bağlıdır. Ardınca belə qanunsuzluqların bundan sonra davam etdirilməməsi üçün Laçın yolu üzərində Azərbaycan Dövlət Gömrük Komitəsi və Dövlət Sərhəd Xidmətinin nəzarət-buraxılış postlarının yaradılması tələbləri irəli sürüldü”.
Ekspert düşünür ki, Avropa Parlamenti ikili standartlarla hərəkət etməyəcəyi təqdirdə, məsələ ilə bağlı Bakıya deyil, humanitar fəlakət adlanan məsələnin qarşısının alınması üçün İrəvana çağırış edəcək:
"Aksiyanın başlandığı ilk gündən ərazidən humanitar yüklərin daşınması istiqamətində heç bir problemin olmaması, hətta ərazidən keçən erməni əsilli Azərbaycan vətəndaşlarına göstərilən diqqətin özü də onu nümayiş etdirdi ki, burada hər hansı bir humanitar fəlakətdən söhbət getmir. Yalnız və yalnız 3 istiqamətin qarşısı alınıb. Azərbaycanın təbii sərvətlərinin qanunsuz yolla çıxarılması, Ermənistandan separatçı rejimə qanunsuz yolla silah daşınması və xarici ölkə vətəndaşlarının Bakı ilə razılaşdırmadan Xankəndiyə gəlişinin qarşısı alınıb. Humanitar yüklər üçün isə problem yoxdur və yol indi də işlək vəziyyətdədir”.
Rüfət Sultan
Şərhlər