Xəbər lenti

“Avqustun 2-də Bakıya gələcəkdi…” - Hərbçimiz dəfn olundu (VİDEO)
Ölkə 10:14 01.08.2024

“Avqustun 2-də Bakıya gələcəkdi…” - Hərbçimiz dəfn olundu (VİDEO)

Laçında həlak olan dörd hərbiçidən biri gizir Fərid Famil oğlu Cəbrayılovun meyiti Kürdəmirin Şahsevən kənd qəbiristanlığında torpağa tapşırılıb.

Bu barədə "Baku TV” süjet hazırlayıb. 

Hərbçinin atası Famil Cəbrayilov bildirib ki, oğlu 10 gün əvvəl evə gəlib. 

Dayısı Elxan Əhmədovun sözlərinə görə, Fərid 17 ildir hərbi xidmətdə olub və heç bir səhv addımı olmayıb: "44 günlük Vətən müharibəsində də iştirak edib. Həmişə onunla fəxr etmişik. Ailəli idi, iki azyaşlı– 2 və 4 yaşlarında övladı var. Bir həftə öncə əlaqə saxladıq, dedi "hər şey qaydasındadır, avqustun 2-də Bakıya gələcəyəm”.

Xatırladaq ki, iyulun 31-də Laçın rayonu ərazisində, ilkin ehtimala görə, kükürd qazlı termal sularda çimərkən zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları - kapitan Asif Qəhrəman oğlu Emnalıyev, gizir Fərid Famil oğlu Cəbrayılov, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları - çavuş Tural Maşallah oğlu Səmədov və çavuş Emin Oqtay oğlu Şahmarlının meyitləri aşkar edilib.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->