Xəbər lenti

Aslan Kərimov millimizin qrupu haqda: “Məncə, hər şey aydındır…”
İdman 14:30 11.10.2022

Aslan Kərimov millimizin qrupu haqda: “Məncə, hər şey aydındır…”

Azərbaycanın tanınmış veteran futbolçularından olan Aslan Kərimov millimizin Avro-2024-ün seçmə mərhələsindəki rəqiblərini analiz edib. 

Qaynarinfo-ya açıqlamasında Kərimov Canni De Byazinin rəhbərlik etdiyi kollektivin Belçika, İsveç, Avstriya və Estoniya ilə yarışacağı qrupda şanslarını dəyərləndirib.

"Yəqin ki, Belçika, İsveç Avstriya bizdən əvvəldə olacaqlar (gülür). Məncə, hər şey aydındır, geniş danışmağa ehtiyac yoxdur. Ümumilikdə qiymətləndirsək, Belçika millisi böyük ehtimalla qrupun liderinə çevriləcək. Bəlkə İsveç Belçika ilə birinci və ikinci yer uğrunda mübarizə apara. Avstriya millisinə gəlincə, son dövrlərdə yüksəlişdədirlər. Çünki Azərbaycanda keçirilən oyunlarda bu komandanı ən azı canlı görə bildik. Ümumlikdə götürsək, klubları güclü olmasa da, oyunçularının 70-80 faizi Almaniya Bundesliqasında oynayır. Ən yaxşı klubların nümayəndələridirlər. Nəzəri baxımdan bizdən öndədirlər. Bu qrupda vuruşa biləcəyimiz yalnız Estoniya millisi olacaq. Estoniya ilə yuxarı-aşağı eyni səviyyədəyik. Zaman-zaman biz onları reytinqdə qabaqlamışıq və ya əksinə olub. Onları üstələyə bilərik. Həm Bakıda, həm də Estoniyada onları məğlub etmək məcburiyyətindəyik. Sözsüz, Bakıda keçirilən oyunların birində istər Avstriya, istər İsveç millisinə qalib gəlmək, xal almaq mümkündür. Bu qrupda ikinci yeri tutmaq bizim üçün çox çətin olacaq”, - Aslan Kərimov deyib.

Səbuhi Həsənov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->