Bu ildən aldığım təqaüd 305.76 AZN-dir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi barəsində çoxlu sayda şikayətlər olsa da, heç vaxt bu sahəyə diqqət ayırmamışdım. Bilirdim ki, Sahil Babayevin sələfləri bu sahəni elə bərbad günə salıblar ki, hər il minlərlə saxta təqaüdlər ləğv edilir və qısa müddətdə bu nazirlikdə qayda-qanun olmayacaq. Ancaq bu qədərini də bilmirdim.
Qaynarinfo xəbər verir ki, bunu tanınmış hüquqşünas Aslan İsmayılov deyib.
"1975-ci ildən bu günə qədər (48 ildən artıq) bir ay da işsiz olmadan yekunda 304 manat təqaüd aldım. Bu 48 il ərzində tornaçı, hakim, məhkəmə sədri, Respublika Prokurorluğunda prokuror, Prezident Aparatında baş məsləhətçi olmuşam. 1994-cü ildən bu günə qədər isə imkan veriləndə vəkillik etmişəm, xaric ediləndə isə bir müddət lisenziya əsasında, bu qayda ləğv ediləndə etibarnamə əsasında hüquqşünas kimi fəaliyyət göstərmişəm. Bu məbləğ təyin ediləndə maraqlanıb gördüm ki, mənim vəziyyətimdə yüz minlərlə insan var. Deməli bizimlə, heç bir yerdə işləməyən insan arasında elə bir fərq yoxdur. Əvəzində prokuror, hakim işlədiyi dövrlərdə cib kəsənlər, qan içənlər 4-5 min təqaüd alırlar. Bunlardan bəziləri isə nəvələrini övladlığa götürüblər ki, onların ölümündən sonra nəvələri ailə üzvü kimi dövləti talamaqda davam etsinlər. Bu isə ədalətsizlik yox, biabırçılıqdır", - hüquqşünas qeyd edib.
Şərhlər