Ankarada müalicə alan Mirmahmud Mirəlioğlu Bakıya qayıtdı (VİDEO)
Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu Bakıya qayıdıb.
Qaynarinfo xəbər verir ki, partiya sədri bu gün vətənə dönüb.
Mirmahmud Mirəlioğlunu hava limanında yaxınları və dostları qarşılayıb. KXCP sədri aeroportda qısa açıqlama verib.
Qeyd edək ki, bir müddət bundan öncə Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlunun səhhətində problemlər yaranıb. Bununla bağlı partiya sədri Türkiyənin Ankara şəhərində xəstəxanaya yerləşdirilib.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər