Xəbər lenti

“Alma” qəzətini yenə oxumaq olacaq (FOTOLAR)
Foto 13:21 27.06.2019

“Alma” qəzətini yenə oxumaq olacaq (FOTOLAR)

İctimai aktivistlərdən Zülfiyyə Səfxanova 2006-2010-ci illərdə nəşr olunmuş dövrün kult qəzeti "Alma”nın demək olar bütün nüsxələrini toplayaraq M. F. Axundzadə adına Mərkəzi Kitabxanaya təhvil verib. 

Qaynarinfo azlogos-a istinadən xəbər verir ki, bu barədə məlumatı Zülfiyyə xanım öz "Facebook" profilindən paylaşıb.

Xəqani Has, Rafiq Tağı, Seymur Baycan, Günel Mövlud, Əli Əkbər, Elmir Mirzəyev, Firudin Allahverdi, Elnur Astanbəyli, İsrail Musayev, Cavid Ramazanov, Aqşin Yenisey, Ağalar Məmmədov, Nərmin Kamal, Mövlud Mövlud, Sevinc Elsevər, Rəşad Səfərov və başqa yazarların çalışdığı, şair-publisist Zahir Əzəmətin rəhbərliyi altında nəşr olunan "Alma" qəzeti Dalğa Gənclər Hərəkatının layihəsi olub və 2000-ci illərin ortasında ictimai fikrə, xüsusilə də gənclərin düşüncəsinə təsir buraxıb, indi şərti olaraq "İctimai sektor” adlanan gənc aktivist kəsimin yaranmasında böyük rol oynayıb.

Qeyd edək ki, qəzetlər kitabxananın müvafiq daxili prosedurlarını keçdikdən sonra, sentyabrın 1-dən oxucuların ixtiyarına veriləcək.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->