İyun ayında G7 ölkələrinin liderləri Rusiyanın dondurulmuş dövlət aktivləri ilə Ukraynaya 50 milyard dollar kredit verilməsi barədə razılığa gəliblər. Lakin proses ləng gedir.
Bu barədə Qaynarinfo "Financial Times”a istinadən xəbər
verir.
Vaşinqton vəsaitlərin Konqres tərəfindən təsdiqlənməsi ehtiyacından yayınmaq üçün, böyük hissəsi Aİ-də dondurulmuş Rusiya aktivlərinin Rusiya təzminat ödəyənə qədər dondurulmuş qalacağına dair möhkəm zəmanət tələb edir.
Bu gün Avropa Komissiyası Rusiyaya qarşı sanksiyaların 36 ay və ya qeyri-müəyyən müddətə uzadılması variantlarını Aİ səfirləri ilə müzakirəyə təqdim edəcək. Lakin qərarın qəbulu üçün 27 üzv dövlətin hamısının razılığı lazımdır. Bu məsələdə Macarıstan bundan öz xeyrinə istifadə edə bilər.
Aİ ilin sonuna qədər kredit təkliflərini təsdiq etməlidir, əks halda Macarıstan buna veto qoya bilər. Vaxt məhduddur, çünki BVF-nin Ukraynaya kreditinin növbəti tranşı da Ukraynanın fiskal kəsirini ödəmək üçün kifayət qədər maliyyə təminatının əldə edilməsindən asılıdır.
Bəzi Aİ rəsmiləri hesab edir ki, sanksiyalar 2014-cü ildən qüvvədədir və həmişə uzadılıb, çünki sanksiyaların uzadılması ilə bağlı ABŞ-ın narahatlıqları şişirdilə bilər. Lakin Macarıstan bu prosesdə əsas oyunçu olaraq qalır ki, bu da vəziyyəti çətinləşdirir.
Nizami Bağırov
Şərhlər