Şahzadə Harri atası III Çarlz və qardaşı Şahzadə Uilyam ilə barışıq prosesinə başlayıb.
Qaynarinfo xəbər verir ki, bu barədə "People" məlumat
yayıb.
"Ata və oğul pozulmuş münasibətlərini bərpa etmək üçün kiçik addımlar atdılar. Əminəm ki, bu, onların hər ikisi üçün emosional tükənmə idi, lakin düzgün istiqamətdə atılmış bir addım oldu", deyə nəşrin mənbəsi bildirib.
O, həmçinin əlavə edib ki, şahzadə Harri qardaşı Uilyam, o cümlədən həyat yoldaşı Keyt Middltonla görüşmək istəyib, lakin o, bundan imtina edib.
"Ağır cərrahiyyə əməliyyatı keçirən Keytə baş çəkmək, onların övladlarını görmək məntiqli olardı. Amma işlər normal getmir. Çox kədərlidir. Bütün bunlar Uilyamın monarxiya institutunu qorumaq istəyi ilə bağlıdır. Onun fikrincə, Harriyə etibar etmək olmaz. Düşünmürəm ki, Harri üzr istəməyənə qədər Uilyam onun ailəyə qayıtmasına razılaşmayacaq", deyə mənbə əlavə edib.
Sonda o, şahzadə Uilyamın Susseks hersoqunun xatirələrinin və "Netflix" sənədli filminin yayımlanmasına həssaslıqla yanaşdığını bildirib.
Aydın
Şərhlər