Xəbər lenti

Ağdam və Xirosima qardaşlaşa bilər: Proses rəsmən başladı, nümayəndələr...
Siyasət 08:19 24.10.2022

Ağdam və Xirosima qardaşlaşa bilər: Proses rəsmən başladı, nümayəndələr...

"Qafqazın Xirosiması" adlandırılan Ağdam və Yaponiyanın Xirosima şəhərləri qardaşlaşa bilər. Bunun üçün konkret çalışmalar başlayıb.

Bu barədə xəbəri musavat.com-a Prezidentin işğaldan azad olunmuş ərazilərdəki (Şuşa istisna olmaqla) xüsusi nümayəndəsi Emin Hüseynov verib.

Emin Hüseynov deyib ki, Ağdamın Xirosima ilə qardaş şəhərlər olması üçün xüsusi nümayəndəliyin təmsilçiləri Yaponiyada olublar və bu barədə Xirosima şəhərinin meriyası ilə danışıqlar aparıblar. Yaponiyadan bu gün dönən nümayəndə heyəti bu unikal səfərin və orada aparılan fəaliyyətin müsbət nəticələr verəcəyinə inanır: "Biz uğurlu danışıqlar apardıq, lakin erməni lobbisi bu prosesdən narahatdır və qardaşlaşmanın alınmaması üçün bütün gücü ilə fəaliyyətə başlayıb", deyə Emin Hüseynov açıqlamasında bildirib.
 


Məlum olduğu kimi, Xirosima dünyada atom silahına məruz qalmış ilk şəhərdir. Belə ki, 1945-ci ilin avqust ayında Yaponiyanın iki şəhəri Amerika hərbi hava donanması tərəfindən atılan atom bombasına məruz qalıb. Amerika prezidentinin fərmanı ilə birinci bomba avqustun 6-da Xirosima (Hiroşima) şəhərinə atıllb. Şəhərin 60 faizi partlayış nəticəsində məhv olub. Şəhər uzun illər quru divarlardan ibarət qalıb. Hazırda da şəhərin bir hissəsini bərpa etmədən saxlayan yaponlar bütün dünyaya genosidin açıq muzeyini təqdim edirlər.

Yeri gəlmişkən, xüsusi nümayəndə Emin Hüseynov müxbirimizlə söhbətində bu məqama da toxunub. O bildirib ki, Ağdam şəhərinin 16 hektar ərasisi bərpa olunmadan, erməni vəhşətinin və barbarlığının nümunəsi kimi, açıq hava muzeyi kimi saxlanacaq.
 


Qərb jurnalistləri Ağdama "Qafqazın Xirosiması" adı veriblər. İlk dəfə bu ifadəni məşhur amerikalı jurnalist və yazıçı Tomas de Vaal işlədib.

Məhz bu bənzətmədən yola çıxan Azərbaycan dövləti olduqca kreativ və maraqlı bir addım atıb. Xirosima ilə Ağdamın qardaşlaşması ideyası və onun həyata keçməsi uğrunda göstərilən fəaliyyət Ermənistanın Qarabağı viran qoyan səlib yürüşünü bütün dünyaya təqdim etmək fürsəti yaradır.

Mətbuatdan da bəlli olduğu kimi, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonunu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti Yaponiyaya rəsmi səfər edib.
 


Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyəti 166 ölkədən 8,123 şəhərin üzv olduğu "Mayors for Peace” təşəbbüsünün 10-cu ümumi konfransında iştirak çərçivəsində Yaponiyanın Xiroşima şəhərində olublar.

Konfransdan öncə xüsusi nümayəndə Emin Hüseynov ilə Xiroşima şəhərinin meri Kazumi Matsui arasında görüş keçirilib. Görüş zamanı Ağdam rayonun tarixi və mədəniyyəti, 30 il ərzində torpaqlarımızda törədilən vandalizm aktları, 44 günlük şanlı Vətən müharibəsində qazanılan qələbə və hal-hazırda davam edən yenidənqurma və bərpa prosesləri haqqında məlumat verilib, gələcəkdə Ağdam və Xiroşima şəhərləri arasında ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üzrə konkret məsələlər müzakirə olunub.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->