Xəbər lenti

Ağdam sakinlərinin doğma şəhərlərinə qayıdacaqları il açıqlandı
Siyasət 22:28 20.11.2022

Ağdam sakinlərinin doğma şəhərlərinə qayıdacaqları il açıqlandı

Ağdam şəhərinin Baş planına uyğun olaraq həm minatəmizləmə sahəsində, həm də infrastrukturun qurulması sahəsində işlər davam edir.

Qaynarinfo xəbər verir ki, bunu AZƏRTAC-ə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan, işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov bildirib.

Emin Hüseynov deyib: "Rayonun 23 faizi minalardan təmizlənib. Avtomobil və dəmir yolu, elektrik enerjisi kimi baza infrastruktur layihələri yekunlaşmaq üzrədir.

Bəzi iqtisadi-sosial infrastruktur layihələrinə də başlanılıb. Artıq 1 nömrəli tam orta məktəbin tikintisi yekunlaşmaqdadır. Tarixi-mədəni abidələrin – Ağdam Cümə məscidinin, İmarət kompleksinin restavrasiyası davam edir. Prezident İlham Əliyevin son səfəri zamanı bir neçə layihənin təməli qoyuldu.

Gələn ilin ortalarından etibarən iki yaşayış məhəlləsinin, Ağdam şəhərinin ətrafında 3 kəndin, onun ardınca daha 9 kəndin tikintisinə başlanılacaq.

Bunlar hamısı bu yaxınlarda təsdiq olunmuş Dövlət Proqramının tərkib hissəsidir. Məqsədimiz odur ki, Dövlət Proqramında göstərildiyi kimi 2026-cı ilin sonunadək həm Ağdam şəhərinə, həm də onun ətraf kəndlərinə insanlarımızın qayıtmasını təmin edək”.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->