"Meyxana hara, İran hara, siyasət hara?! Meyxana qafiyədir, bədahətən söz demək sənətidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında meyxana ustadı Ağamirzə Məmmədov Milli Məclisin deputatı Sahib Alıyevin Azərbaycanda meyxana yolu ilə yeni bir cinayətkar kult formalaşması, onların İrana xidmət etməsi barədə fikirlərini şərh edərkən deyib.
Ağamirzə bildirib ki, İran sözü bəzən işlədilən qafiyəyə uyğun gəldiyi üçün istifadə edilir: "Ola bilər qafiyəyə uyğun gəlir, hərdən İran sözü işlədirik. Bunun heç bir altqatı yoxdur. Burada hansısa məkrli məqsəd axtarmaq da lazım deyil”.
Qeyd edək ki, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədr müavini Sahib Alıyev mətbuata açıqlamasında meyxanaçıları İranın istəklərinə xidmət etməkdə ittiham edib: "Azərbaycanda meyxana yolu ilə yeni bir cinayətkar kult formalaşıb, İranın ideoloji istəklərinə xidmət edirlər”, – deyə deputat bildirib.
Bahar Rüstəmli
Şərhlər