"İmkanım olsaydı, bütün ifalarımı "YouTube"dən silərdim".
Bunu Qaynarinfo-ya açıqlamasında meyxanaçı Ağamirzə Məmmədov deyib.
Meyxanaçı bunun səbəbini hər kəsdən küsməsi ilə izah edib:
"Heç nəyin dadı-duzu qalmayıb. Hər şeydən küsmüşəm, incimişəm. Adam yorulur, sosial şəbəkələrdə bir paylaşım edirsən, altından 100 rəy yazırlar. Tökülüşürlər üstünə, hamısı da tənqid edir. Məcbur olub rəy bölümünü bağlayıram. Düzələn deyil".
Ağamirzə Məmmədov qeyd edib ki, insan yaşlaşdıqca müdrikləşir:
"Adamı dünyaya gəldiyinə peşiman edirlər. Kim nə gəldi yazır, elədiklərin də kölgədə qalır. Qədrini bilən yoxdur. Gənc olanda belə şeyləri yaxına buraxmırsan. Amma yaşa dolduqca ünvanına yazılanları oxuyub inciyirsən".
Bahar Rüstəmli
Şərhlər