ABŞ və Çin Ukraynada müharibəyə son qoymaq üçün danışıqların konkret planı barədə razılığa gəlməyiblər.
Qaynarinfo Ağ Evin saytına
istinadən xəbər verir ki, bunu ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan deyib.
Onun sözlərinə görə, Çin dəfələrlə bəyan edib ki, müharibə diplomatik yolla dayandırılmalıdır. Son üç gündə Sallivan və Çin lideri Si Szinpin Ukraynaya qarşı müharibə ilə bağlı fikir mübadiləsi aparıblar.
"Biz diplomatiya üçün heç bir konkret plana nail olmamışıq, çünki Birləşmiş Ştatlar "Ukraynasız Ukrayna ilə bağlı heç nə" kimi sadə prinsipə çox ciddi şəkildə əməl edib, diplomatik və danışıqlar prosesini davam etdirmək istəyir", deyə Sallivan bildirib.
Xatırladaq ki, cümə axşamı, avqustun 29-da Sallivan Pekində Çin Xalq Respublikasının rəhbəri Si Szinpinlə görüşüb. Görüş zamanı tərəflər Ukraynada genişmiqyaslı müharibəni, həmçinin Bayden və Si Szinpin arasında danışıqların baş tutma ehtimalını müzakirə ediblər.
Nizami Bağırov
Şərhlər