Xəbər lenti

ABŞ-da şahzadə Harrinin narkotik istifadəsi ilə bağlı iddiaları araşdırılır
Dünya 15:35 08.03.2024

ABŞ-da şahzadə Harrinin narkotik istifadəsi ilə bağlı iddiaları araşdırılır

Böyük Britaniya şahzadəsi Harri "Spare" adlı xatirə kitabında narkotik istifadəsi ilə bağlı məqama görə ABŞ-da yaşamaq hüququnu itirmək riski ilə üzləşib. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Sun" yazıb.

"Heritage Foundation" ABŞ səlahiyyətlilərindən şahzadə Harrinin ABŞ vizası alarkən yalan danışıb-danışmadığını öyrənmək üçün onun immiqrasiya sənədlərini açıqlamasını tələb edir. Bunu dəstəkləmək üçün onun "Spare” kitabından sitatlar gətirilir, burada Harri vaxtıyla xüsusən kokain və digər narkotiklərdən istifadə etməsindən danışıb.

ABŞ-ın immiqrasiya orqanları indiyə qədər Harrinin sənədlərinin açıqlanmasının onun şəxsi həyatın toxunulmazlığı hüququnu pozacağını bildirərək tələbə qarşı çıxıblar. Bundan əlavə, ABŞ hökumətinin vəkilləri, şahzadənin kitabdakı narkotik iddialarının, əslində onları qəbul etdiyinə dair "dəlil təşkil etmədiyini" iddia edib.

"The Sun” yazır ki, martın 7-də hakim Karl Nikols məxfilik arqumentlərinin "kifayət qədər təfərrüatlı olmadığını” əsas gətirərək Harrinin immiqrasiya sənədlərini təqdim etməyi əmr edib. Bundan əlavə, o, bu məlumatın açıqlanmasından "xüsusi zərər” ifadəsinə aydınlıq gətirilməsini xahiş edib.

Şahzadə Harrinin immiqrasiya sənədləri ətrafında mübahisə ABŞ-ın keçmiş prezidenti Donald Trampın təşəbbüsü ilə yaranıb və o, III Çarlzın oğlunun kraliçaya xəyanət etdiyini və viza prosesində qanun pozuntularına yol vermiş ola biləcəyini söyləyib.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->