Xəbər lenti

50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? (VİDEO)
Ölkə 15:26 26.06.2024

50 qəpiyə palçıq: Bakıdakı duzlu və yodlu göllərə axışanları hansı təhlükə gözləyir? (VİDEO)

Yay aylarında insanların şəfa tapmaq ümidi ilə yollandığı məkanlar sırasında Bakının Suraxanı qəsəbəsi, Zığ-Hövsan avtomagistralının yaxınlığında yerləşən "Duzlu göl" və onun təxminən 200-300 metrliyində yerləşən "Yodlu göl" xüsusi yer tutur.

Bu göllərə üz tutanlar duz və yodqarışıq palçığın onlara şəfa verdiyini, oynaq ağrılarına, dəri xəstəliklərinə faydalı olduğunu düşünsələr də, reallıq əksinədir. Hətta, Göl suyunun baktreoloji vəziyyəti pis olduğuna görə 2006-cı ildən "Duzlu göl"də çimmək qadağan olunub.

Qeyd edək ki, "Duzlu göl"dəki palçıq gələnlərə həm də ödənişli şəkildə təklif edilir. Belə ki, "Duzlu göl"ün kənarına qoyulan palçıq vannasından istifadə edənlər 50 qəpik ödəniş etməlidirlər.

"Report” uşaqdan-böyüyə bir çoxlarının yollandığı bu göllərə baş çəkib, vəziyyətlə yaxından tanış olub.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->