Xəbər lenti

40 nəfərin öldüyü Filippin daşqını: 2 milyon insan xilas olmağa çalışır
Dünya 14:23 24.01.2023

40 nəfərin öldüyü Filippin daşqını: 2 milyon insan xilas olmağa çalışır

Filippində daşqınlar nəticəsində azı 40 nəfər ölüb, 5 nəfər itkin düşüb. Risklərin Qarşısının Alınması və Təbii Fəlakətlərin Qarşısının alınması üzrə Milli Şuranın çərşənbə axşamı yaydığı hesabata əsasən, respublikanın 14 rayonunda 1,94 milyondan çox insan əlverişsiz hava şəraitinin təsirinə məruz qalıb. Bir qədər əvvəl 35 nəfərin öldüyü bildirilmişdi.

Qaynarinfo bu barədə TASS-a istinadla xəbər verir.

Departamentin yanvarın 12-dən apardığı hesablamalara əsasən, 316 təxliyyə məntəqəsində 116,6 min məcburi köçkün var. Ən azı 14,3 min nəfər əvvəlcədən evlərini tərk edib, 12 vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Respublikanın 14 rayonunda daşqınlar və sürüşmələr də daxil olmaqla, təbii fəlakətin təsiri ilə bağlı 1,37 mindən çox hadisə qeydə alınıb.

Təbii fəlakət 1,78 min evə ziyan vurub, zərər 3,72 milyon peso (68,4 min dollar) təşkil edib. 205 infrastruktur obyektinə dəyən ziyan 280,2 milyon peso (5,13 milyon dollar), kənd təsərrüfatına 777,5 milyon peso (14,2 milyon dollar) dəyərində qiymətləndirilir. Daşqınlar 306 yol və 65 körpüyə, 35 dəniz limanına ziyan vurub. 68 şəhərdə elektrik enerjisinin verilişində fasilələr qeydə alınıb, lakin 61-də artıq bərpa olunub, səkkiz bələdiyyədə su təchizatında, üç bələdiyyədə rabitə ilə bağlı problemlər var.

622 şəhər və 151 bələdiyyədə məktəblər və biznes fəaliyyəti dayandırılıb. 84 yaşayış məntəqəsində fövqəladə vəziyyət rejimi tətbiq edilib. Hökumət yardım üçün artıq 101,1 milyon peso (1,85 milyon dollar) ayırıb.

Alpər

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->