"Mən efirdə olanda sual verildi ki, bu üç nəfərdən - Manaf Ağayev, Yusif Mustafayev və Tacir Şahmalıoğlu - hansı ilə yola çıxmazsınız? Dedim ki, onlardan ikisi - Yusif Mustafayev və Manaf Ağayevlə yola çıxmışam, hər ikisinin sürücülüynə bələdəm. Amma Tacir Şahmalıoğlu ilə yola çıxmamışam, onun sürücülüyünə bələd deyiləm. Ona görə də onunla yola çıxmaram. Mən o mənada demişəm".
Bunu Qaynarinfo-ya açıqlamasında Aşıq Zülfiyyə İbadova müğənni Tacir Şahmalıoğlunun "Aşıq Zülfiyyə o sözü deyibsə, çox böyük səhv deyib" fikirlərinə münasibət bildirərkən deyib.
Aşıq Zülfiyyə Tacir Şahmalıoğlunun həm sənətinə, həm də şəxsiyyətinə hörmət bəslədiyini vurğulayıb:
"Düşünmürəm Tacir müəllim inana ki, mən bunu onun haqqında pis mənada demişəm. Həyatı boyu belə bir şey ola bilməz".
Aşıq Zülfiyyə bir müddət bundan öncə müğənni Manaf Ağayevlə verilişdə olduğunu xatırladıb:
"Orada Manaf Ağayev dedi ki, Zülfiyyədə qorxu deyilən bir şey yoxdur. Bildirdi ki, Zülfiyyə ilə bir dəfə toya getmişəm, onunla maşına mindiyimə görə həyatıma nifrət etdim. Bu mətbuatda bir az başqa şəkildə təqdim olundu. Guya Manaf Ağayev deyib ki, Zülfiyyə ilə yola çıxdığıma görə həyatıma nifrət etdim".
Qeyd edək ki, müğənni Tacir Şahmalıoğlu Aşıq Zülfiyyənin "Tacirlə yol çıxmaram" açıqlamasına sərt şəkildə münasibət bildirib. "Mənim Zülfiyyə xanımla münasibətim yaxşıdır, amma o, haqqımda bu sözü deyibsə, çox böyük səhv edib. Mən bununla maraqlanaram", deyə sənətçi bildirib.
Bahar Rüstəmli
Şərhlər