Xəbər lenti

İdman 21:55 29.08.2024

"Zirə" Konfrans Liqasını qələbə ilə tərk etdi

"Zirə" cari mövsüm UEFA Konfrans Liqasında sonuncu oyununu keçirib.

Qaynarunfo xəbər verir ki, Rəşad Sadıqovun baş məşqçisi olduğu kollektiv pley-off mərhələsinin cavab matçında Bakıda Kiprin "Omoniya" klubunu qəbul edib.

Qarşılaşma Azərbaycan təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0.

79-cu dəqiqədə Rafael Utziq fərqlənib.

Səfərdə rəqibinə altı cavabsız qolla uduzan "Zirə" avrokubokla vidalaşmalı olub.

Konfrans Liqası
Pley-off mərhələsi
Cavab oyunu

29 avqust
Zirə (Azərbaycan) - Omoniya (Cənubi Kipr) 1:0
Qol: Rafael Utrix, 79.
Zirə: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 3. Anje Mutsinzi, 4. Ruan Renato, 7. Məqsəd İsayev, 15. Pyer Zebli, 29. Ceyhun Nuriyev, 6. Eldar Quliyev, 90. Davit Volkov, 19. Salifu Suma, 23. Rafael Utrix.
Ehtiyat oyunçular: 15. Aydın Bayramov, 99. Səlim Həşimov, 5. Stefan Aka, 10. Giorgi Papunaşvili, 11. Rüstəm Əhmədzadə, 14. Elçin Əlicanov, 16. Fuad Bayramov, 28. Abbas İbrahim.
Omoniya: 40. Fabiano (k), 24. Amin Xammas, 4. Filip Helander, 5. Senu Kulibali, 2. Alfa Dinku, 11. Evandro, 20. Mateo Mariç, 80. Novika Erakoviç, 21. Veliko Simiç, 10. Ömər Atzili, 9. Andronikos Kakulli.
Ehtiyat oyunçular: 23. Frankis Uzoho, 98. Karalambos Kriakidis, 7. Villi Semedo, 14. Marius Ştepinski, 17. Yoannis Masuras, 22. Adam Lanq, 31. Yoannis Kosulos, 33. Mateus Musialovski, 74. Panagiotis Andreu, 81. Andreas Nikolao, 85. Anxelos Nofitu, 99. Alium Sayduu.
Baş hakim: Vitaliys Spasyonnikovs.
Bakı, "Liv Bona Dea Arena".

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->