Xəbər lenti

İdman 22:42 25.08.2024

"Zirə" də uduzdu - "Şamaxı"dan ilk qələbə

Azərbaycan Premyer Liqasında IV turun son görüşü "Zirə" və "Şamaxı" komandaları arasında keçirilib.

Qaynarinfo xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda baş tutan oyunda bölgə təmsilçisi 1:0 hesablı qələbə qazanıb.

Yeganə qolu 16-cı dəqiqədə Leroy Mikels "Zirə”nin qapısından keçirib.

Qeyd edək ki, turun əvvəlki matçlarında "Səbail” "Kəpəz”i 4:0, "Turan Tovuz” "Qarabağ”ı 1:0, "Sabah” isə "Sumqayıt”ı 3:1 hesabı ilə məğlub edib. "Araz-Naxçıvan” - "Neftçi” görüşündə heç-heçə qeydə alınıb - 1:1. Hazırda "Turan Tovuz" 10 xalla Premyer Liqanın turnir cədvəlinə başçılıq edir.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->