"Magistral içməli su xəttinin Zarat qəsəbəsindən keçən hissəsində qəza baş verməsi səbəbilə aparılan təmir işləri başa çatıb. Hazırda suyun durulma prosesi gedir".
Bu barədə Qaynarinfo-ya Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.
"Bu gün suyun axşam saatlarından hissə-hissə verilməsinə başlanılacaq. Oktyabrın 10-u axşam saatlarından etibarən suyun ərazilərə əvvəlki rejimlə verilməsi bərpa olunacaq", - məlumatda qeyd olunub.
Şərhlər