Xəbər lenti

Yunis Qədimbəyli 10 min manat cərimə oluna bilər
Ekonomiks 16:52 07.08.2023

Yunis Qədimbəyli 10 min manat cərimə oluna bilər

"Sədərək” Ticarət Mərkəzinin sahibi Yunis Qədimbəyli 10 min manat cərimə edilər bilər. 

Qaynarinfo-nun məlumatına görə, Yunis Qədimbəylinin qanuni təmsilçisi olduğu "Sədərək” Firması barəsində iqtisadi fəaliyyət qaydaları əleyhinə olan (Reklam haqqında qanunvericiliyin pozulması) inzibati xəta protokolu tərtib olunub.

Protokol İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə irəli sürülüb.Bu maddəyə əsasən, müvafiq icazə olmadan, həmçinin onun tələbləri pozulmaqla açıq məkanda reklam yerləşdirilməsinə görə fiziki şəxslər 300 manatdan 500 manatadək, vəzifəli şəxslər 1500 manatdan 2500 manatadək, hüquqi şəxslər 5000 manatdan 10000 manatadək məbləğdə cərimə edilir.

İşə Qaradağ Rayon Məhkəməsində hakim Teymur Qurbanovun sədrliyi ilə baxılır.

Əhməd

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->