Xəbər lenti

Yerin təbii qüvvələri Antarktida buzlaqlarını xilas edə bilər
Dünya 14:00 04.08.2024

Yerin təbii qüvvələri Antarktida buzlaqlarını xilas edə bilər

MakGill Universitetinin kanadalı alimləri müəyyən ediblər ki, yaxın onilliklərdə istixana emissiyaları azalarsa, Yerin təbii qüvvələri dəniz səviyyəsinin qalxmasını əhəmiyyətli dərəcədə azalda bilər. 

Qaynarinfo xəbər verir ki, tədqiqat "Science Advances" (SciAdv) elmi jurnalında dərc olunub.

Mütəxəssislər diqqəti Antarktika bölgəsinə və qütb buz örtüyünün onun altındakı quru ilə qarşılıqlı təsirinə yönəldiblər.

Buz əridikcə çəkisi azalır və bu da altındakı torpağın qalxmasına səbəb olur.

Emissiyalar sürətlə azaldılsa, qlobal istiləşməni məhdudlaşdırarsa, yüksələn buzlaqlar buz kütləsinin itkisində təbii əyləc rolunu oynaya və onun okeana sürüşməsini yavaşlada bilər. Təhlil göstərir ki, belə dinamika Antarktidanın dəniz səviyyəsinin qalxmasına töhfəsini 40% azalda bilər.

"Tədqiqat iqlim dəyişikliyinin dəniz səviyyəsinin qalxmasına təsirini daha yaxşı proqnozlaşdırmaq və effektiv ekoloji siyasətlər hazırlamaq qabiliyyətimizdə irəliləyişi göstərir", deyə araşdırmanın qeyd ediblər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->