Xəbər lenti

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı
Dünya 20:10 13.09.2024

Yerin 9 gün silkələnməsinin səbəbi açıqlandı

2023-cü ilin sentyabrında Qrenlandiyanın fyordlarından birində baş verən nəhəng sürüşmə 9 gün ərzində bütün Yer kürəsində hiss edilən zəlzələyə səbəb olub. 

Qaynarinfo xəbər verir ki, bu barədə "Science" elmi jurnalı beynəlxalq seysmoloqlar və geofiziklər qrupunun araşdırmasına istinadən yazıb.

Keçən ilin sentyabrında elm adamları Qrenlandiyanın şərqindən Antarktidaya bir saatdan az vaxt ərzində gedən qeyri-adi seysmik siqnal qeydə alıb. Sonrakı 9 gün ərzində bütün dünyada seysmik dalğalar qeydə alınmağa davam edib və sanki nəhəng zəngin səsindən Yer yellənirmiş kimi effekt yaradıb.

Tədqiqatçılar bu sirli siqnalların mənbəyini - ucqar Qrenlandiya fyordunda 200 metr hündürlüyünə çatan dalğalarla sunami yaradan nəhəng sürüşməni müəyyən ediblər. Fiyordun içindəki qayalara dəyən su kütləsi o qədər güclü seysmik dalğalar yaradıb ki, onlar bütün dünyaya yayılıb. London Universitet Kollecindən Stiven Hiks effekti "böyük musiqi alətinin" işi kimi təsvir edib.

Əvvəlcə alimləri bu qeyri-adi fəaliyyət heyrətləndirib: seysmik dalğalar zəlzələlər zamanı yaranan dalğalara bənzəməyib. "Dalğalar, zəlzələlərin yaratdığı xaosdan çox fərqli, tezliyi ilə diqqətəlayiq dərəcədə vahid və monoxromatik idi. Onlar uzun idi və hər 90 saniyədən bir təkrarlanırdı. Uzunmüddətli dalğalar adətən vulkanik fəaliyyət zamanı baş verir, lakin onların müddəti günlərlə deyil, dəqiqələr və ya saatlardır", deyə məqalədə qeyd edilir.

Alimlər belə güclü seysmik aktivliyi sunaminin baş verdiyi fyordun qeyri-adi forması ilə izah ediblər. Fiyordun böyük əyriliyi və bir ucundakı böyük buzlaq sunaminin enerjisinin dağılmasının qarşısını alıb və dalğaların fiyordda 9 gün ərzində rezonans yaratmasına səbəb olub.

Hadisə zamanı insan tələfatı olmasa da, sürüşmə Ella Island tədqiqat stansiyasında 200 min dollar dəyərində infrastrukturu məhv edib. Bundan əlavə, fiyord və meqatsunami kruiz gəmilərinin adətən istifadə etdiyi marşrutun yaxınlığında baş verib.

Müqasunamiyə səbəb olan sürüşmənin iqlim dəyişikliyi ilə bağlı olduğunu da qeyd edilib və alimlər buzlaqların əriməsi səbəbindən oxşar hadisələrin daha tez-tez baş verdiyini düşünürlər.

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->