Yeni Kaledoniyada atışma nəticəsində bir nəfər ölüb. Bununla da Fransanın müstəmləkəsində baş verən son iğtişaşlarda ölənlərin ümumi sayı 6-ya çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə BFM TV məlumat yayıb.
"Atışma zamanı bir nəfər ölüb, daha iki nəfər yaralanıb... Bu, iğtişaşlar başlayandan bəri ölən altıncı ölümdür", deyə telekanal bildirib.
AFP mənbəyə istinadən xəbər verir ki, ölən və yaralananlardan biri ata və oğuldur, onlar barrikadadan keçməyə cəhd ediblər.
Aydın
Şərhlər