Xəbər lenti

Yeni Kaledoniyada 200-dən çox şəxs saxlanılıb
Dünya 16:18 16.05.2024

Yeni Kaledoniyada 200-dən çox şəxs saxlanılıb

Yeni Kaledoniyada polis adanın müstəqilliyi tərəfdarlarının təşkil etdiyi etiraz aksiyaları zamanı iki nəfəri öldürməkdə şübhəli bilinən şəxsi saxlayıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen məlumat verib.

"Məndə olan məlumata görə, xoşbəxtlikdən, bundan başqa ölüm halları qeyd alınmayıb. Eyni zamanda, polis iki kanakın ölümünə səbəb olan şəxsi saxlayıb”, - o vurğulayıb.

Daxili işlər naziri bildirib ki, Yeni Kaledoniyada etiraz aksiyalarında 200-dən çox şəxs saxlanılıb. O qeyd edib ki, aksiyalar zamanı 206 nəfər saxlanılıb.

Qeyd edək ki, Yeni Kaledoniyanın paytaxtı Numea şəhərində baş verən etirazlara cavab olaraq Fransa hakimiyyəti komendant saatı tətbiq edib və kütləvi tədbirləri qadağan edib.
 
Bir müddətdir ki, Yeni Kaledoniyada Fransa Hökumətinin təklif etdiyi "seçki islahatı"na qarşı etiraz nümayişləri davam edir. Baş verən iğtişaşlara cavab olaraq, Fransa adaya ordu yeridib. Bunun nəticəsində artıq 10-a yaxın qurban, 200-ə yaxın yaralı var. Polis 200-dən yuxarı etirazçını saxlayıb.

Fransa Hökuməti ordunun Yeni Kaledoniyada törətdiyi vəhşilikləri dünya ictimaiyyətindən gizlətmək üçün TikTok sosial şəbəkəsinə çıxışı bloklayıb. 

Yeni Kaledoniya Fransa hökümətinin onları informasiya blokadasında saxlamaq üçün interneti tamamilə kəsə biləcəyindən və ordunun həmin an adada törədə biləcəyi vəhşiliklərdən narahatdır.

Yeni Kaledoniyanın əhalisi təxminən 300 min nəfərdir. Bunun da təxminən 40%-ni və ya 112 min nəfəri yerli kanak xalqı təşkil edir.

 Hazırkı iğtişaşlar 1980-ci illərdən bəri ən kütləvisidir. Daha sonra etirazlar dalğası 1998-ci ildə Numea Sazişinin bağlanması ilə söndürüldü. Bu sazişə əsasən, Fransa adalara daha çox siyasi muxtariyyət verməyə və yerli sakinlərə seçkilərdə iştiraka icazə verməyə razılaşdı. 

Lakin bu sazişdən sonra mərhələli şəkildə adalara 40 mindən yuxarı Fransız vətəndaşı köçürülüb. İndi isə Fransa höküməti "seçki islahatı" adı altında onlara adada səsvermə hüququnu tanımaq istəyir. Bu isə yerli əhalinin- kanakların seçkilərdəki səs payını daha da azaltmaq və onların müstəqillik arzularını həmişəlik boğmaq kimi dəyərləndirilir.

Nümayişçilər Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəfələrlə dəyişiklik etdiyini vurğulayaraq, bunu yolverilməz hesab edirlər. Onlar həmçinin bu dəyişiliklərin Numea sazişinə də zidd olduğunu bildirirlər. 

Qeyd edək ki, adalarda böyük nikel yataqları aşkar edilib. Bu yataqlar öz həcminə görə, dünyada üçüncü yerdədir.


Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->