Xəbər lenti

Dünya 11:57 07.10.2024

"Yaxın Şərqdə sülh hər tərəfdən təzyiq tələb edir" - Kamala Harris

ABŞ prezidentliyinə namizəd Kamala Harris hesab edir ki, Yaxın Şərqdə münaqişəni dayandırmaq üçün bütün tərəflərə təzyiq göstərmək lazımdır.

Qaynarinfo xəbər verir ki, bu barədə "The Hill” məlumat yayıb.

Vitse-prezident vurğulayıb ki, ABŞ İsrailin müdafiəsi üçün ona yardım edir. Onun sözlərinə görə, bu, israillilərə İranın atdığı 200 ballistik raketdən ibarət hücumu dəf etməyə imkan verib.

"HƏMAS, "Hizbullah" və İrandan gələn təhlükəni qiymətləndirərkən aydın olur ki, İsrailin bu cür hücumlardan müdafiə oluna bilməsi üçün hər şeyi etməyə borcluyuq", deyə Harris bildirib.

O, həmçinin ABŞ və İsrail arasında müttəfiqliyin vacibliyini vurğulayıb.

"İsrail rəhbərliyi ilə indiki diplomatik işimiz öz prinsiplərimizi vurğulamaqdır: humanitar yardım göstərmək, müharibəni dayandırmaq zərurəti, girovların azad edilməsi və atəşkəs haqqında razılığın əldə edilməsi", deyə Harris əlavə edib. 

O, ABŞ-ın həm İsrailə, həm də bölgədəki ərəb liderlərinə təzyiq göstərməyə davam edəcəyini də vurğulayıb.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->