Son 10 ayda dünyanın diqqəti İsrail və Qəzza zolağına yönəlib. 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumu ilə başlayan müharibə fəlakətli şəkildə davam edir. Lakin münaqişə bölgəni bürüyən başqa bir böhranın kölgəsində qalıb: güclü istilik və su çatışmazlığı.
Qaynarinfo "Foreign Policy"ə
istinadən xəbər verir ki, iyulun ortalarında Dubayda istilik indeksi 62 dərəcə Selsi olub. İyunun sonunda Səudiyyə Ərəbistanının Məkkə şəhərindəki Böyük Məsciddə +51,6° temperatur qeydə alınıb. Bu istilər Həcc mövsümünə təsadüf edirdi. Bu başa çatana qədər 1300-dən çox insan ölüb. Misirdə isə may ayından bəri temperatur nadir hallarda +37°-dən aşağı düşüb.
Bu mövsümün davamlı istiləri rekordu keçib ki, insanlar altı saat ərzində sərinləyə bilmiəyib. Bu vəziyyət istiliklə əlaqəli xəstəliklərə və ölümə səbəb olur.
Dünya Bankının hesablamalarına görə, 2050-ci ilə qədər su çatışmazlığı regionda ÜDM-i 14%-ə qədər azaldacaq. UNICEF-in 2021-ci il hesabatında Misirin 2025-ci ilə qədər suyu tükənəcək və Nil çayı xüsusi gərginlik altında qalacaq.
Nəşrin yazdığı kimi, qaynar region öz hüdudlarından çox-çox kənarda siyasəti poza bilər.
İnsanlar daha aşağı temperatur və daha çox su olan yerlərə köç edirlər. Dünya Bankının məlumatına görə, 2050-ci ilə qədər Şimali Afrikadakı iqlim böhranı səbəbindən 19 milyona qədər insan - yerli əhalinin təxminən 9%-i köçkün düşəcək. Bu insanların gedəcəyi yer Avropa olacaq.
Aydın
Şərhlər