Xəbər lenti

Yasamal MKTB cərimə edilir - Hansı qaydanı pozub?
Ekonomiks 19:25 22.08.2024

Yasamal MKTB cərimə edilir - Hansı qaydanı pozub?

Yasamal Rayon İcra Hakimiyyəti Başçısı Aparatının Mənzil-Kommunal Təsərrüfatı Birliyinə siyasi, sosial və əmək hüquqları əleyhinə olan (Əməyin mühafizəsi qaydalarının pozulması) inzibati xəta protokolu tərtib olunub.

Qaynarinfo-nun məlumatına görə, protokol Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsi ilə irəli sürülüb.

İnzibati Xətalar Məcəlləsinin 198.2-ci maddəsinə əsasən, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan insan sağlamlığına yüngül zərərin vurulmasına görə 1000 manatdan 1500 manatadək məbləğdə cərimə edilir.

İş Yasamal Rayon Məhkəməsinin hakimi Orxan Məmmədlinin icraatındadır. 

Qeyd edək ki, Yasamal rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin rəisi Vüsal Hüseynovdur. 

Aydın

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->