Gəncə Şəhər Baş Polis İdarəsinin və onun tabeli qurumlarının əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində şantaj yolu ilə pul tələb edən, qanunsuz olaraq odlu silah və narkotik saxlayan şəxslər saxlanılıblar.
Bu barədə Qaynarinfo-ya DİN Mətbuat Xidmətindən məlumat verilib.
Baş İdarənin 2-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini olan xanıma məxsus fotoları sosial şəbəkələrdə paylaşacağı ilə hədələyərək ondan 2350 manat pul alan Yardımlı rayon sakini Alim Canəliyəv saxlanılıb. Qeyd edək ki, polis əməkdaşları A. Canəliyevi zərərçəkən xanımdan sonuncu dəfə 5000 manat almaq üçün Gəncə şəhərinə gələn zaman saxlayıb.
Şərhlər