Xəbər lenti

YAP-la keçmiş mühasib arasında nə baş verib?
Siyasət 17:46 17.10.2024

YAP-la keçmiş mühasib arasında nə baş verib?

Yeni Azərbaycan Partiyası (YAP) məhkəməyə verilib. 

Qaynarinfo-nun məlumatına görə, iddiaçı Xəlilov Rəsul Maarif oğludur. 

Onun iddia tələbi işə bərpa və işsiz qaldığı müddət üçün əmək haqqının ödənilməsi ilə bağlıdır. Rəsul Xəlilovun iddiasına Xətai Rayon Məhkəməsində baxılacaq. Əminə Abbasova iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, Rəsul Xəlilov bundan əvvəl eyni iddia tələbi ilə YAP-ın Şirvan şəhər təşkilatını məhkəməyə verib. Bu iş Ali Məhkəməyə qədər uzansa da, Rəsul Xəlilovun iddiası təmin edilməyib.

YAP-ın Şiravn şəhər təşkilatından əldə etdiyimiz məlumata görə, Rəsul Xəlilov partiya üzvü olmayıb. O, sadəcə təşkilatda mühasib işləyib. Lakin təşkilatdan onun hansı səbəbdən işdən çıxarılması barədə bilgi ala bilmədik. 

Seyid

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->