Yeni Azərbaycan Partiyasının növbədənkənar Prezident seçkilərinə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndələri müəyyənləşib.
Qaynarinfo xəbər verir ki, bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.
YAP sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov prezidentliyə namizədin səlahiyyətli nümayəndələri təyin edilib.
Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə növbədənkənar prezident seçkilərdə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.
Şərhlər