Rusiya tərəfindən işğal olunmuş Xersonun azad edilməsi əməliyyatı böyük ehtimalla noyabrın sonuna qədər davam edəcək.
Qaynarinfo bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanovun "The Drive”a müsahibəsinə istinadən xəbər
verir.
"Çox güman ki, Xersonun azad edilməsi əməliyyatı gələn ayın sonuna kimi davam edəcək", deyə İdarə rəisi bildirib.
Budanovun sözlərinə görə, Ukrayna Silahlı Qüvvələri şəhəri mühasirəyə almağa və rus qoşunlarını təcrid etməyə çalışır: "Məhz bunu etməyə çalışırıq. Amma zahirən onlar müqavimət göstərirlər. Bizim irəliləməyimizə mane olmağa çalışırlar və siz başa düşməlisiniz ki, hər gün döyüşlər olur".
Ukrayna kəşfiyyatının rəhbəri jurnalistin "Xerson uğrunda döyüş qanlı olacaq” ehtimalını təsdiqləyib və bildirib ki, lakin Ukrayna Silahlı Qüvvələri vəziyyəti mümkün qədər yumşaltmağa çalışır. Amma Budanovun sözlərinə görə, "bu döyüşsüz olmayacaq”.
Budanov bildirib ki, ən təlimli və döyüşə hazır rus hərbçiləri işğal olunmuş Xersondadır. İlkin hesablamalara görə, rus qoşunlarının cənub istiqamətində qruplaşması 40 min nəfərə yaxındır.
Bundan əvvəl Budanov Ukrayna Silahlı Qüvvələrinin 2022-ci ilin sonuna kimi Xersonu rus işğalçılarından təmizləyə biləcəyini proqnozlaşdırmışdı.
Nizami Bağırov
Şərhlər