Rusiyanın nəzarətində olan Xerson şəhərindəki "Play Hotel by Ribas” otelinə raket zərbəsi endirilib.
Qaynarinfo "Interfax"a istinadən xəbər verir ki, bu gün yerli vaxtla saat 05.30 radələrində endirilən raket zərbəsi nəticəsində iki nəfər ölüb, yaralananlar
var.
Ölənlərdən biri Ukrayna Ali Radasının V və VI çağırış deputatı Aleksey Juravko olub.
Bu barədə Xersondakı "fövqəladə hallar xidmətinin nümayəndəsi” məlumat verib. Onun sözlərinə görə, ABŞ-ın Ukraynaya təqdim etdiyi HIMARS raket artilleriya sistemindən atılan raketlər oteli uçurub.
Qeyd edək ki, Aleksey Juravko 21 aprel 1974-cü ildə Dnepropetrovsk vilayətinin Jovti Vodı şəhərində anadan olub. O, Regionlar Partiyasının üzvü olub. 2006-cı il mayın 25-dən 2007-ci il noyabrın 23-dək xalq deputatı mandatı daşıyıb. 2015-ci ildə Rusiyaya qaçıb.
Juravko bu il Rusiyanın Ukraynaya hərbi müdaxiləsinə açıq dəstək verib. O, Xerson vilayətində ukraynalıların oğurlanmasında və onlara işgəncə verilməsində iştirak etməkdə ittiham olunurdu.
Aydın
Şərhlər