Donald Tramp Cənubi Karolina ştatında keçirilən praymerizdə qalib gəlib.
Qaynarinfo ABŞ mətbuatına istinadən xəbər verir ki, bülletenlərin 99%-ni hesabladıqdan sonra o, səslərin təxminən 60%-ni, Nikki Heyli isə təxminən 40%-ni toplayıb.
Nikki Heyli 2017-ci ilə qədər Cənubi Karolinanın qubernatoru olub. "Associated Press" qeyd edir ki, bu, onilliklər ərzində prezidentliyə namizəd olmaq istəyən bir siyasətçinin öz ştatında ilkin səsverməni uduzması halıdır.
Qələbə nitqində Donald Tramp "Respublikaçılar partiyasını heç vaxt bu qədər birləşmiş görmədiyini” söyləyib. Xarici media siyasətçinin son uğurunun mübarizəni daha da gücləndirdiyini yazır.
CNN-in məlumatına görə, ştatlar arasında erkən səsvermə demək olar ki, başa çatıb. Əsas mübarizə Super Çərşənbə axşamı günü keçiriləcək, o zaman nümayəndə heyətinin 36%-nin taleyi müəyyən olunacaq. Prezidentliyə namizədliyini irəli sürmək üçün Trampa 1215 partiya üzvünün dəstəyi lazımdır. O, bu məqsədə cəmi bir neçə həftə ərzində nail ola bilər. Belə ki, Cənubi Karolinada o, bütün səsləri əldə edib.
Belə uğuru təəccüblü adlandırmaq çətindir: bu ştat ölkənin ən mühafizəkarlarından biridir. Ancaq bu praymerizdəki qələbə on ildən az müddətdə nə qədər dəyişikliyinin olduğunu göstərdi. Tramp rəqiblərinə nə qədər düşmən olsa da, respublikaçı seçicilərin əksəriyyəti onu tam dəstəkləyir.
"The New York Times" qeyd edir ki, Nikki Heyli vətənində Trampa uduzubsa, o zaman onun ölkə miqyasında dəstəyi daha da zəif olmalıdır. Lakin Cənubi Karolinanın keçmiş qubernatorunun tərəfdarları onun adının geniş şəkildə tanınmasının bu geriliyi kompensasiya edəcəyinə inanırdılar. İndi isə ümid öldü.
Digər ştatlarda səsvermə qaydaları da Trampın lehinədir: məsələn, Kaliforniyada 169 nümayəndənin hamısının dəstəyini təmin etmək üçün 50% səs toplamaq kifayət edəcək. Lakin bütün ölkə üzrə siyasətçiyə dəstək səviyyəsi artıq 70%-dən yuxarıdır, Heylidə bu rəqəm 20%-dən azdır.
Beləliklə, Tramp Nyu-Yorkda ona qarşı cinayət işi başlamazdan əvvəl rəsmən prezidentliyə namizəd ola bilər.
Heyliyə gəlincə, bu məğlubiyyət onun namizəd olmaq şansını azaldıb. Bubu "The Guardian" yazır.
Bununla belə, o, yarışda iştirak etməyə davam edəcək: onun seçki qərargahı televiziya reklamına artıq 7 rəqəmli pul xərcləyib və Super Çərşənbə axşamı ərəfəsində siyasətçi bir neçə ştata səfər edəcək. Tramp seçki qərarganı artıq Heylini yalnız qaçılmaz olanı gecikdirməyə çalışmaqda və respublikaçıların praymerizlərində "Co Baydenin surroqatı” rolunu oynamaqda ittiham edib.
Nizami Bağırov
Şərhlər