Xəbər lenti

Vilayət Eyvazov bu şöbələrlə bağlı əmr verdi
Ölkə 10:42 29.12.2022

Vilayət Eyvazov bu şöbələrlə bağlı əmr verdi

Azərbaycanda iki polis şöbəsinin statusu dəyişdirilib.

"Qafqazinfo”nun məlumatına görə, Bakı Metropoliteninin Mühafizəsi Üzrə Polis Şöbəsi və Bakı şəhər Pirallahı Rayon Polis Şöbəsinin statusu ləğv edilib. Hər iki şöbəyə idarə statusu verilib.

Daxili işlər naziri Vilayət Eyvazovun son əmri ilə Bakı Şəhər Baş Polis İdarəsinin nəzdindəki rayon polis idarələrinin sayı 12-yə çatıb.

Qeyd edək ki, idarə şöbədən daha yuxarı səlahiyyətli struktur hesab olunur.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->